Saytımızı qiymətləndirin


 
 

Köçkünlərin boşaltdığı mənzillərin aqibəti necə olacaq...
Tarix: 19-10-2023 | Saat: 09:58
Bölmə:Karusel / Sosial | çapa göndər

Köçkünlərin boşaltdığı mənzillərin aqibəti necə olacaq...

 

Erməni işğalı nəticəsində Qarabağ və ətraf rayonlardan didərgin düşən ailələr "Böyük Qayıdış" çərçivəsində öz dədə-baba yurdlarına dönürlər. İndiyədək onlarla ailə Laçın, Füzuli və Zəngilana köçürülüb. Vaxtilə dövlət tərəfindən bu ailələrə verilən Bakıda və digər bölgələrdəki mənzillərin bundan sonra necə istifadə ediləcəyi maraqlıdır. 
 

Qarabaginfo.az məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinə müraciət edib.
Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev saytımıza cavabında sözügedən məsələ ilə bağlı hələ ki qərar qəbul edilmədiyini deyib:
“Nəzərinizə çatdırırıq ki, "Böyük Qayıdış" çərçivəsində indiyədək Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın rayonunun Zabux kəndinə, Laçın və Füzuli şəhərlərinə ümumilikdə 704 ailə (2813 nəfər) köçürülüb. Doğma yurdlarına köçürülənlər əsasən, Bakı, Sumqayıt və Abşeron olmaqla müxtəlif ərazilərdə, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdə yerləşən mənzillərlə bağlı isə hələki müvafiq qərar qəbul edilməyib”.
 

Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov doğma yurdlarına qayıdan məcburi köçkünlərin boşaltdığı mənzillərin istifadəsi ilə bağlı təkliflərini bizimlə bölüşüb:


“Məcburi köçkünlərin məskunlaşdığı mənzillər dövlətindir və müvafiq qurumların balansındadır. Məcburi köçkünlər artıq öz yurd-yuvalarına qayıtdıqdan sonra həmin mənzillər dövlət tərəfindən onlardan alınır. Ehtiyacı olan ailələr çoxdur. Şəhid ailələri, əlillər, qazilərimiz, müharibə veteranlarımız var, çox güman ki, bu mənzillər onlara veriləcək. O cümlədən bu insanların ehtiyacları qarşılandıqdan sonra əlavə mənzillər qalarsa, ehtiyacı olan vətəndaşlarımız üçün satışa da çıxarıla bilər. Artıq bu, rəsmi qaydada öz həllini tapacaq. Güzəştli şərtlərlə satış həyata keçirilə bilər”.

Köçkünlərin boşaltdığı mənzillərin aqibəti necə olacaq...

Köçkünlərin boşaltdığı mənzillərin aqibəti necə olacaq...

 

Erməni işğalı nəticəsində Qarabağ və ətraf rayonlardan didərgin düşən ailələr "Böyük Qayıdış" çərçivəsində öz dədə-baba yurdlarına dönürlər. İndiyədək onlarla ailə Laçın, Füzuli və Zəngilana köçürülüb. Vaxtilə dövlət tərəfindən bu ailələrə verilən Bakıda və digər bölgələrdəki mənzillərin bundan sonra necə istifadə ediləcəyi maraqlıdır. 
 

Qarabaginfo.az məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinə müraciət edib.
Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev saytımıza cavabında sözügedən məsələ ilə bağlı hələ ki qərar qəbul edilmədiyini deyib:


“Nəzərinizə çatdırırıq ki, "Böyük Qayıdış" çərçivəsində indiyədək Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın rayonunun Zabux kəndinə, Laçın və Füzuli şəhərlərinə ümumilikdə 704 ailə (2813 nəfər) köçürülüb. Doğma yurdlarına köçürülənlər əsasən, Bakı, Sumqayıt və Abşeron olmaqla müxtəlif ərazilərdə, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdə yerləşən mənzillərlə bağlı isə hələki müvafiq qərar qəbul edilməyib”.
 

Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov doğma yurdlarına qayıdan məcburi köçkünlərin boşaltdığı mənzillərin istifadəsi ilə bağlı təkliflərini bizimlə bölüşüb:


“Məcburi köçkünlərin məskunlaşdığı mənzillər dövlətindir və müvafiq qurumların balansındadır. Məcburi köçkünlər artıq öz yurd-yuvalarına qayıtdıqdan sonra həmin mənzillər dövlət tərəfindən onlardan alınır. Ehtiyacı olan ailələr çoxdur. Şəhid ailələri, əlillər, qazilərimiz, müharibə veteranlarımız var, çox güman ki, bu mənzillər onlara veriləcək. O cümlədən bu insanların ehtiyacları qarşılandıqdan sonra əlavə mənzillər qalarsa, ehtiyacı olan vətəndaşlarımız üçün satışa da çıxarıla bilər. Artıq bu, rəsmi qaydada öz həllini tapacaq. Güzəştli şərtlərlə satış həyata keçirilə bilər”.(Modern.az)



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər