Saytımızı qiymətləndirin


 
 

Hicran Hüseynova: Parlament dayanıqlı şəhər inkişafı üzrə çağırışlara operativ reaksiya verir
Tarix: 19-05-2026 | Saat: 12:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezidentin təltif etdiyi Hicran Hüseynova kimdir? - DOSYE

Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi bir daha göstərdi ki, ölkəmiz bu məsələlərə son dərəcə həssas yanaşır.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində “Erkən xəbərdarlıqlar və davamlı şəhərlər” adlı tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, məsələ yalnız hansısa problemin səsləndirilməsi və ictimaiyyətin diqqətinə çatdırılması deyil: “Əsas məqsəd həmin problemlərin həlli yollarını tapmaqdır. İnanıram ki, forum çərçivəsində aparılan müzakirələr, təqdim olunan layihələr, təkliflər və qəbul olunacaq sənədlər gələcəyin dayanıqlı şəhər modelinin formalaşmasına mühüm töhfə verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Bakı artıq qlobal urbanizasiya və iqlim gündəliyinin əsas platformalarından birinə çevrilib. Dünən forumun açılışında səsləndirilən geniş və əhatəli çıxış da bunu bir daha göstərdi. Mən deyərdim ki, həmin çıxış yalnız azərbaycanlılar üçün deyil, ümumiyyətlə bu sahədə çalışan insanlar üçün bir yol xəritəsidir. Biz anlamalıyıq ki, şəhərlərin gələcəyi artıq yalnız memarlıq layihələri ilə deyil, eyni zamanda möhkəm hüquqi baza və effektiv icra mexanizmləri ilə ölçülür. Azərbaycan parlamenti də iqlim dəyişiklikləri və dayanıqlı şəhər inkişafı ilə bağlı çağırışlara operativ reaksiya verir. Qanunvericilik bazası təkmilləşdirilir, parlament komitələri, dövlət orqanları və vətəndaş cəmiyyəti nümayəndələri ilə ictimai müzakirələr aparılır. Eyni zamanda, ölkədə həyata keçirilən maarifləndirmə tədbirləri dayanıqlı inkişafın həm hüquqi, həm də sosial aspektlərinin gücləndirilməsinə xidmət edir”.

Hicran Hüseynova qeyd edib ki, erkən xəbərdarlıq sistemlərinin genişləndirilməsi, həssas qrupların proseslərə cəlb olunması, qadınların fəallığının artırılması və uşaqların qorunması əsas prioritetlərdən biridir: “Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, həmçinin Leyla Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onlar sosial və humanitar problemlərin həllinə daim diqqət yetirir və bu istiqamətdə mühüm dəstək göstərirlər. Təhlükəsiz gələcəyin elmi modeli risklərin qiymətləndirilməsi və dəqiq proqnozlaşdırmanı təmin edən çoxsaylı komponentlərə əsaslanır. Bu sahədə çoxtəhlükəli erkən xəbərdarlıq sistemlərinin tətbiqi olduqca vacibdir. Çünki son dövrlərdə istilər, quraqlıq, torpaq sürüşmələri və miqrasiya kimi bir-biri ilə əlaqəli təhlükələrin artdığını müşahidə edirik. Bu proseslər yalnız Azərbaycanda deyil, bütün dünyada baş verir. Ona görə də hadisələrin eyni vaxtda təhlili və vaxtında xəbərdarlıq mexanizmlərinin qurulması zəruridir. Eyni zamanda “ağıllı şəhər” texnologiyalarının tətbiqi vəziyyətin real vaxt rejimində izlənilməsinə və hadisələr baş verməzdən saatlar əvvəl tədbir görülməsinə imkan yaradır”.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər