Saytımızı qiymətləndirin


 
 

Bayden: Biz nəzərə almalıyıq ki, HAMAS bütün Fələstin xalqını təmsil etmir
Tarix: 18-10-2023 | Saat: 13:21
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Bayden: Biz nəzərə almalıyıq ki, HAMAS bütün Fələstin xalqını təmsil etmir

ABŞ İsrailin yanındadır.

Qarabaginfo.az xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat qarşısında deyib.

O, ABŞ-nin İsrailin müdafiəsi üçün lazım olan yardımı təmin edəcəyini bildirib.

“Biz nəzərə almalıyıq ki, HAMAS bütün Fələstin xalqını təmsil etmir və onlara sadəcə ağrı-əzab gətirir”, - Bayden əlavə edib.

ABŞ dövlət başçısı, dünən Qəzzada xəstəxananın vurulması xəbərindən kədərləndiyini və qəzəbləndiyini vurğulayıb.

“Görünən odur ki, bunu siz (İsrail) yox, qarşı tərəf edib. Lakin əksər insanlar buna əmin deyil. Beləliklə, bizim öhdəsindən gəlməli olduğumuz çox şey var. Həmçinin, biz özünü bu müharibənin ortasında tapan günahsız fələstinlilərin həyatını xilas etmək imkanlarını və bu istiqamətdə yardımı təşviq etməliyik”, - Bayden qeyd edib.



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər