Saytımızı qiymətləndirin


 
 

Ağsaqqallar Şurası İlham Əliyevə təbrik məktubu ünvanladı
Tarix: 18-10-2023 | Saat: 11:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ağsaqqallar Şurası İlham Əliyevə təbrik məktubu ünvanladı

Oktyabrın 16-da Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti,  Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

 

Qarabaqinfo.az xəbər verir ki, məktubda deyilir:

 

Möhtərəm cənab Prezident! 


Müasir Azərbaycanın şanlı qalibiyyət tarixi, xalqımızın gündən-günə yüksələn rifahı, respublikamızın davamlı inkişafı, əbədi müstəqilliyi, suverenliyi və sarsılmaz dövlətçiliyi ilə bağlı görülən möhtəşəm işlər, böyük əməllər Sizin 20 illik şərəfli fəaliyyətinizlə bağlıdır. Siz Azərbaycana rəhbərlik etdiyiniz bu illərdə yüksək intellektiniz, siyasi bacarığınız, müdrikliyiniz və əzmkarlığınızla xalqımızın varlığını, milli-tarixi köklərini, mənəvi dəyərlərini qoruyub saxlamış, iqtisadiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi mümkün olan ən yüksək tərəqqi səviyyəsinə çatdırmış, ölkəmizin beynəlxalq nüfuzunu, qüdrətini dəfələrlə yüksəldərək siyasi, iqtisadi, hərbi, diplomatik və digər sahələrdə böyük uğurlara imza atmış, ölkəmizi daha xoşbəxt günlərə qovuşdurmusunuz. Müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə əldə etdiyi hər bir uğur Sizin konkret əməli fəaliyyətinizin nəticəsidir.


Sizin – Ata vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuzun tarixi torpaqlarımızı erməni işğalından tam azad etməsi və bu müqəddəs torpaqlarımızda, xüsusilə də son günlərdə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda şəxsən üçrəngli dövlət bayrağımızı ucaltmağınız, həmçinin hazırda bütün bölgədə  genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, dinc sakinlərimizin öz ata-baba yurdlarına geri dönmələri və orada sülhün, əmin-amanlığın bərqərar olması xalqımıza tükənməz sevinc və qürur hissi yaşadır.


Sizin ölkəmizə rəhbərlik etdiyiniz 2003-2023-cü illər milli dövlətçilik tariximizə möhtəşəm Zəfər və misilsiz tərəqqi dövrü kimi yazılıb. Siz xalqımızın həyatında və qəlbində yüksəliş və qələbə rəmzinə çevrilərək, adınızı türk dünyasının şərəfli tarixinə qızıl hərflərlə həkk etmisiniz. Bu gün hər bir ölkə vətəndaşı kimi, biz -  Azərbaycan ağsaqqalları da fəxr edirik ki, mənsub olduğumuz dövlətin İlham Əliyev kimi parlaq düşüncəli, uzaqgörən, qətiyyətli, iradəli, müdrik və  eyni zamanda çox humanist bir Prezidenti var.


Möhtərəm cənab Prezident!


Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun tərəfinizdən inamla və ardıcıl şəkildə davam və inkişaf etdirilməsi, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, sosial-iqtisadi inkişafın Azərbaycan modelinin formalaşdırılması ölkəmizi yeni inkişaf mərhələsinə gətirib çıxarıb, Qafqaz regionunda sabitlik və tərəqqinin əsası olubdur. Azərbaycanda abadlıq və quruculuq işlərinin miqyası gündən-günə artır, yeni müəssisələr açılır, yollar çəkilir, infrastruktur yenilənir, iş yerləri yaradılır, xalqımızın rifahı gündən-günə yaxşılaşır. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hər zaman yüksək dəyərləndirilən və “Milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırılan ağsaqqallar da daim Sizin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın davamlı diqqət və qayğısı ilə əhatə olunublar. Sizin Azərbaycan ağsaqqalları haqqında səsləndırdiyiniz “...dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, davamlı ictimai-siyasi sabitliyin bərqərar olmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri vardır” tarixi fikriniz xalqımızın bu həssas təbəqəsinin hər bir nümayəndəsinə olan böyük etimad və ehtiramın bariz nümunəsidir.


Azərbaycan ağsaqqallarının da bu gün qarşısında duran əsas vəzifə Sizin inkişaf etdirdiyiniz və hərtərəfli zənginləşdirdiyiniz dövlətimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir. Ona görə də cəmiyyətin sağlam təməllər üzərində inkişafı, gənc nəslin işıqlı gələcəyi naminə ağsaqqallarımız  üzərlərinə düşən missiyalarını davam etdirməlidirlər və biz - Azərbaycan Ağsaqqallar Şurasının onminlərlə üzvü əminliklə deyirik ki, bundan sonra da  Sizin - müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,  bütün türk dünyasının dahi oğlu Heydər Əliyevin ən layiqli siyasi varisi, onun ideallarının fiziki və mənəvi daşıyıcısı olan Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, xalqımızın və dövlətlimizin tərəqqisinə xidmət edən uğurlu daxili və xarici siyasətinizi hərtərəfli  dəstəkləyəcək, gənclərimizin  vətənpərvərlik, milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvəmizi, bilik və bacarığımızı əsirgəməyəcəyik.


Allah Sizi, xalqımızı, dövlətimizi və şanlı Ordumuzu qorusun!

Dərin hörmət və səmimiyyətlə,    


Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev 
Birinci müavin, Milli Məclisin deputatı, akademik    Əhliman Əmiraslanov 
Müavin, Milli Məclisin deputatı, professor Eldar İbrahimov
Müavin, professor Elmira Süleymanova
Müavin Bayram Yusifov
Müavin, professor Vahid Novruzov
Müavin Tahir Süleymanov
Aparat rəhbəri Ramin Həsənli və İdarə Heyətinin digər üzvləri



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər