Saytımızı qiymətləndirin


 
 

Belçika dondurulmuş Rusiya aktivlərindən Ukraynaya verən ilk ölkə olub
Tarix: 11-10-2023 | Saat: 16:21
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Belçika dondurulmuş Rusiya aktivlərindən Ukraynaya verən ilk ölkə olub

 

Ukrayna prezidenti Volodimir Zelenski Brüsselə səfəri çərçivəsində Belçikanın baş naziri Aleksander de Kru ilə görüşüb.

 

Qarabaqinfo.az  "Unian"a istinadən xəbər verir ki, baş nazir görüşdə ölkəsinin Ukraynaya yardım ayırdığını açıqlayıb.

 

"Belçika dondurulmuş Rusiya aktivlərindən Ukraynaya dəstək üçün 1.7 milyard avro istifadə edəcək", - deyə o söyləyib.

 

Bununla da Belçika dondurulmuş Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə etməyə başlayan ilk ölkə olub. Gəlir vergiləri hərbi yardım və yenidənqurma üçün tamamilə Ukraynaya gedir.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

 


Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər
11-02-2022, 14:32 Məhkum həbsxanada ÖLDÜ