Tarix: 06-12-2023 | Saat: 11:23
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Bu gün Bakı Metropolitenin "Şah İsmayıl Xətai" stansiyasında saat 08:47-də gələn qatar sərnişinləri düşürdükdən sonra minik qəbul etməyib. Qatar xətdən kənarlaşdırılıb və buna görə də digər sərnişinlər bir müddət gözləməli olub.
Qarabaqinfo.az məsələni aydınlaşdırmaq məqsədi ilə "Bakı Metropoliteni" QSC-lə əlaqə saxlayıb.
QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov saytımızın sorğusuna cavab verib.
O qeyd edib ki, "Bakı Metropoliteni"nində qatarların texniki baxışı normativlərə uyğun aparılmalıdır və aparılır:
"12-20 saat ərzində hər bir qatar elektrik deposu texniki baxışa göndərilməlidir. "Şah İsmayıl Xətai"-"Cəfər Cabbarlı" mənzilində məkik hərəkətdə olan qatarlar da eyni qaydada texniki baxışa göndərilir. Lakin qrafikin təmin olunması, intervalların qorunması məqsədilə həmin sahədə ehtiyyat qatar daim saxlanılır. Məhz buna görə də 08:47-də qatar metropolitenin normativ tələblərinə uyğun olaraq texniki baxışa göndərilib. Dərhal onun əvəzinə həmin sahədə olan ehtiyat qatar göndərilib".
Digər xəbərlər