Saytımızı qiymətləndirin


 
 

Müharibə Araşdırmaları İnstitutu: “Rusiya ordusunun hücumları dar cəbhələrlə məhdudlaşır
Tarix: 11-06-2022 | Saat: 07:19
Bölmə:Karusel / Region | çapa göndər

Müharibə başladı - RUSİYA UKRAYNAYA HÜCUMA KEÇDİ - Günün Səsi

Rusiya qoşunlarının hücumları əsasən yollar üzərindən olur və dar cəbhələrlə məhdudlaşır. Rusiya qüvvələrinin Xarkov vilayəti istiqamətində hər hansı əlavə qüvvədən istifadə etməsi, yəqin ki, çətin olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) təhlil yazısı dərc edib.

Analitiklərin fikrincə, Rusiya qüvvələri İzyumun cənub-şərqindən və Limanın qərbindən Slavyanska doğru hücuma hazırlaşmağa davam edib və iyunun 10-da Slavyanskdan şimalda cüzi uğurlar əldə edib.

Baş Qərargahın məlumatına görə, hazırda Xarkov vilayəti istiqamətində Rusiyanın 30 tabor taktiki qrupu (TTQ) fəaliyyət göstərir ki, bu da iyunun 3-də verilən məlumatdan 10 qrup çoxdur. Bununla belə, İnstitut qeyd edib ki, bu TTQ-lər, çox güman ki, ağır döyüş itkilərinə məruz qalıb və digər bölmələrin qalıqlarından ibarət ola bilər.

Bu istiqamət boyunca fəaliyyət göstərən əlavə 10 TTQ barədə məlumatlar, ehtimal ki, Kremlin bölmələrini yenidən təşkil etdiyini və bəzi əlavə qüvvələr yerləşdirdiyini göstərir. Bununla belə, analitiklərin fikrincə, Rusiya qüvvələrinin döyüş gücünü həqiqətən də 50 % artırması ehtimalı azdır.

MAİ əlavə edib ki, Rusiya qoşunları Severodonetskdə quru hücumunu davam etdirir, lakin iyunun 10-na kimi şəhər üzərində tam nəzarəti bərqərar etməyib. Baş Qərargahın məlumatına görə, Ukrayna Silahlı Qüvvələri “Azot” sənaye zonasına və Baxmut-Lisiçansk magistralına nəzarət edir.

Təhlilçilər bildiriblər ki, rusiyalılar Lisiçansk, Ustinovka, Toşkovka və Zolotoyeni ehtimal ki, Severodonetskdəki əməliyyatı dəstəkləmək, həmçinin Ukraynanın təchizatlarını əngəlləmək üçün intensiv atəşə tutub.

“Mariupolda olan əvvəlki döyüşlərdə olduğu kimi, Severodonetskdə də şəhər ərazilərinə nəzarətin dəqiq xarakteri, çox güman ki, qeyri-müəyyən qalacaq, çünki hərbi əməliyyatlar ətrafında informasiya mühiti getdikcə məhdudlaşacaq”, - Müharibə Araşdırmaları İnstitutu vurğulayıb.

Qeyd edək ki, Müharibənin Araşdırmaları İnstitutu (ing. “Institute for the Study of War”; ISW) 2007-ci ildə amerikalı hərbi tarixçi Kimberli Kaqan tərəfindən qurulan beyin mərkəzidir. İnstitut müdafiə və beynəlxalq münasibətlər sahəsində tədqiqatlar aparır. Beyin mərkəzinin qərargahı ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşir.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər