Tarix: 26-09-2023 | Saat: 14:36
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Xocalı soyqırımı o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmazdır.
Qarabaqinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödməyə davam edəcək.
Ərdoğan vurğulayıb ki, Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub.
"Azərbaycan illər əvvəl erməni quldur dəstələri kimi ora girməyib. İnsanları qırmağa getməyib. Azərbaycan haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil olub. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girib. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır", - o qeyd edib.
Digər xəbərlər