Saytımızı qiymətləndirin


 
 

İranlı general İraqı təhdid etdi
Tarix: 12-07-2023 | Saat: 13:32
Bölmə:Karusel / Dünya | çapa göndər

İranlı general İraqı təhdid etdi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri Məşhəddə SEPAH quru qüvvələri komandirlərinin illik konfransında çıxışı zamanı İraqın şimalında yerləşən müxalif kürd təşkilatlarına qarşı daha geniş hücumlar ediləcəyi ilə bağlı xəbərdarlıq edib. 

Qarabaginfo.az xəbər verir ki, o, İraq hökumətinin Kürdüstanda yerləşən İran müxaliflərini tərk-silah edəcəyinə söz veridiyini deyib:

“Əgər bu müddət keçsə və onlar tərk-silah edilməsələr, ya hər hansı əməliyyat keçirsələr, bu qruplara qarşı hərbi əməliyyatlarımız mütləq daha böyük intensivliklə təkrarlanacaq”.

Qeyd edək ki, bundan əvvəl iyunun 12-də SEPAH Kürdüstan əyalətinin qərbində yerləşən Sərvabad bölgəsinə çox sayda qüvvə toplayıb, müxalif təşkilatların qərargahlarını artilleriya atəşinə tutub. 



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər