Saytımızı qiymətləndirin


 
 

Qənirə Paşayevanın vəziyyəti ilə bağlı daha bir AÇIQLAMA 
Tarix: 26-09-2023 | Saat: 11:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Qənirə Paşayevanın vəziyyəti ilə bağlı daha bir AÇIQLAMA 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə deputatın müalicə olunduğu Mərkəzi Klinikanın mətbuat xidmətindən veriblər.

 

Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Xatırladaq ki, sentyabr ayının 23-ü millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisaslı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazimi məsləhətlər verilib.



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər