Saytımızı qiymətləndirin


 
 

İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilir
Tarix: 25-09-2023 | Saat: 16:30
Bölmə:Karusel / Region | çapa göndər

Cənubi Qafqaz qaz Boru Kəmərinin sutkalıq ötürücülük gücü açıqlanıb - AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimində iştirak edirlər.

Qarabaginfo.az xəbər verir ki, bnu barədə "Report"un Naxçıvana ezam olunan əməkdaşı xəbər verir.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dövlət büdcəsindən müvafiq vəsait ayrılıb. Layihə 5 iyun 2023-cü il tarixində qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə 2 milyon, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Boru kəmərinin Azərbaycan hissəsinin tikintisi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC, Türkiyə hissəsinin tikintisi BOTAŞ şirkəti tərəfindən icra edilir.
Boru kəmərinin Azərbaycan hissəsinin tikintisinə 2023-cü ilin iyul ayında start verilib. Bu günədək Azərbaycan hissəsində layihələndirmə və mühəndis işləri tamamlanıb, material və avadanlıqlar əraziyə gətirilib, xəttin 98 %-də torpağın münbit qatı götürülüb, 55 %-də xəndəyin qazılması aparılıb, boruların 92 %-i tras boyu düzülüb, qaynaq-quraşdırma işlərinin 82 %-i bitirilib və digər işlər görülüb. Layihə çərçivəsində mühəndis-inşaat nöqteyi-nəzərindən mürəkkəb tədbirlərin, o cümlədən Araz çayının altından üfüqi istiqamətlənmiş qazmanın aparılması nəzərdə tutulub.
İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər