Xankəndinin bəzi sakinləri müstəqil olaraq təxliyyə olunmaq qərarına gəlib və Rusiya sülhməramlılarının yerləşdiyi Xocalı hava limanına yollanıblar.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hazırda 2 mindən çox sıravi erməni Xankəndidən təxliyə edilib. Lakin Xankəndinin qondarma “meriya”sı hazırda belə addımlara ehtiyac olmadığını bildirib və vətəndaşları sığınacaqlarda qalmağa çağırıb.