Saytımızı qiymətləndirin


 
 

Demokrat Partiyası ABŞ vitse-prezidenti postuna namizədini təsdiqlədi
Tarix: 22-08-2024 | Saat: 09:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Tim Uols Demokrat Partiyasından ABŞ -ın vitse-prezidentliyə namizədliyi təsdiqlənib.

Qarabaginfo.az Axios-a istinadən bildirir ki, Uols Demokratların Milli Qurultayın üçüncü günündə keçmiş prezident Trampla bağlı səhifəni çevirməyə hazır olduğunu deyib. Onun çıxışı alqışlarla qarşılanıb.

Demokratlar ümid edirlər ki, Nebraska əsilli Uols prezidentliyə namizəd Kamala Harrisin Pensilvaniya, Viskonsin və Miçiqan kimi əsas ştatlarıdakı mötədil seçicilər arasında cəlbediciliyini artıracaq.

Uols çıxışında  özünü tanıtım üçün keçmiş müəllim və futbol məşqçisi kimi həyat tarixçəsindən danışıb.

“Orta məktəbdə dərs dediyim sinifdə 24 şagird var idi. Onların heç biri oxumaq üçün Yel universitetinə getmədi” -dey Uolts bu ali məktəbi bitirmiş rəqibi Vansi “sancıb”. “Hər zaman dövlət məktəbində çalışan müəllimi qiymətləndirin”.



Xəbəri paylaş

134 dəfə oxunub.

Digər xəbərlər