BMT-nin baş katibi Antonio Quterreş, Türkiyə prezidenti Ərdoğan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov taxıl sazişini müzkairə edəcək.
Qarabaginfo.az bildirir ki, bu barədə ABŞ-gedəcək nümayəndə heyətində iştirak edən mənbə RİA-ya bildirib.
Tərəflər BMT Rusiya təqdim edilmiş taxıl sazişi ilə bağlı yeni təkliflərin təfərrüatlarını müzkairə edəcəklər.
Görüş BMT Baş Assambleyası çərçivəsində keçiriləcək.
BMT-nin baş katibi gələn həftə yüksək səviyyəli görüşlərdə Lavrov, eləcə də Ərdoğan və Vladimir Zelenski ilə taxıl müqaviləsinin gələcəyini müzakirə etməyi planlaşdırdığını bildirib.
Sentyabrın 19-26-da BMT Baş Assambleyasının sessiyası keçiriləcək. Rusiya nümayəndə heyətinə Lavrov başçılıq edir.