Saytımızı qiymətləndirin


 
 

Paşinyan bütün liderlərə zəng etdi, Putindən başqa...
Tarix: 11-09-2023 | Saat: 11:45
Bölmə:Karusel / Dünya | çapa göndər

Paşinyan bütün liderlərə zəng etdi, Putindən başqa...

Ermənistanın baş naziri Nikol Paşinyanın şənbə günü böyük dövlətlərin liderlərilə telefon danışıqları zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə təcili görüşmək istəyini dilə gətirməsi siyasə dairələrin diqqətini çəkib.
Paşinyan bu istəyini ABŞ dövlət katibi, İran və Fransa prezidentləri, Almaniya kansleri, Gürcüstanın baş naziri ilə telefon danışğında səsləndirib. Rəsmi Bakı hələ ki İrəvandan heç bir müraciət almadığını bildirib.

Maraqlıdır ki, sadalanan liderləri vasitəçi qismində görən erməni baş nazir bu dəfə Rusiya prezidenti Vladimir Putini görməzdən gəlib. 2020-cidəki 44 günlük müharibə zamanı Putinlə danışmaq üçün telefonun dəstəyini yerə qoymayan və Rusiya prezidentini bezdirən Paşinyan bu dəfə Moskavaya zəng etməyə ehtiyac duymayıb.

Qarabaqinfo.az xəbər verir ki, Paşinyanın bu hərəkəti Ermənistanda birmənalı qarşılanmayıb.
Bəzi erməni siyasətçilər və politoloqlar, eləcə də mətbuat baş naziri Putinə zəng vurmadığına görə tənqid ediblər. Erməni ekspertlərin fikrincə, məntiqlə Paşinyan ilk növbədə Rusiya prezidentinə zəng vurmalı idi, çünki hazırkı situasiyada Azərbaycanla Ermənistan arasında ən yaxşı vasitəçi Putin ola bilər.

“Nəzərə alsaq ki, Rusiyanın sülhməramlı qoşunları Qarabağdadır və erməniləri azərbaycanlılardan qoruyur, onda məntiqlə Paşinyan birinci Putinə zəng vurmalı idi”, - Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Azərbaycan rəsmiləri İrəvandan heç bir müraciət almadığını açıqlayıb. Bu o deməkdir ki, Nikol Paşinyana başa salmağa çalışırlar ki, İlham Əliyevlə təcili müzakirələr aparmaq üçün Bakının özünə zəng etmək lazımdır”, - qəzet əlavə edib.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər
21-10-2020, 13:29 Sabahın hava PROQNOZU