Saytımızı qiymətləndirin


 
 

Cəlilabad və Lerikdən olan şəhidlər dəfn edilib
Tarix: 16-09-2022 | Saat: 18:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Cəlilabad və Lerikdən olan şəhidlər dəfn edilib

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilabad rayonu Göytəpə şəhər sakini, Kəlbiyev İsa Rəhim oğlu dəfn olunub.

Qarabaginfo.az-ın verdiyi məlumata görə, şəhidlə əvvəlcə rayonun Göytəpə şəhərində vida mərasimi keçirilib.

Daha sonra şəhid Göytəpə qəbiristanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid İsa Kəlbiyev 2002-ci ildə Cəlilabad rayonunda anadan olub.

Ermənistanın Azərbaycan sərhədlərində törətdiyi təxribat nəticəsində həlak olan, şəhid leytenant Vüsal Bəxtiyar oğlu Məlikov dəfn edilib.

O, doğulduğu Lerik rayonu, Almu kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Vüsal Məlikov Vətən müharibəsindən iştirakına görə medallarla təltif edilib.



Xəbəri paylaş

1193 dəfə oxunub.

Digər xəbərlər