Saytımızı qiymətləndirin


 
 

Zelenski: Rusiya ötən gecə 103 "Şahed" dronu ilə Ukraynaya hücum edib
Tarix: 24-07-2025 | Saat: 12:07
Bölmə:Karusel / Dünya | çapa göndər

Picture background

Ötən gecə Rusiyanın Ukraynaya hücumunda əksəriyyəti “Şahed” tipli 103 dron və 4 raketdən istifadə edilib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski “X” platformasında məlumat verib.

“Dünən İstanbuldakı görüşdə dərhal və tam atəşkəslə bağlı təklifimiz Rusiya tərəfinə bir daha təkrarlandı. Cavabında olaraq Rusiya dronları yaşayış binalarını və Odessadakı Prıvoz bazarını, Çerkassıdakı yaşayış binalarını, Xarkov regionunda enerji infrastrukturunu və Zaparojyedə bir universitetin idman zalını hədəf aldı. Donetsk, Sumı və Mikolaiv regionları da zərbələr altında idi. Xarkovda 3 nəfər həlak olub, 10 nəfərdən çox insan xəsarət alıb”, - Ukrayna Prezidenti bildirib.

O vurğulayıb ki, Ukrayna diplomatiyanın nəticə verməsi üçün bütün səyləri göstərəcək, amma müharibəni başlayan tərəf Rusiya olduğu kimi, bitirməli olan tərəf də Rusiyadır.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər