Tarix: 22-11-2025 | Saat: 23:15
Bölmə:Karusel / Dünya | çapa göndər
Avropa Birliyinə üzv ölkələrlə razılaşma olmadan ABŞ-ın təklifi əsasında Rusiya-Ukrayna müharibəsini bitirmək mümkün deyil.
Qarabaginfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə bildirib.
"Bu sülh planı hələ avropalılarla razılaşdırılmayıb. Plan avropalıları narahat edən bir çox müddəaları ehtiva edir. Dondurulmuş aktivlər və Ukraynanın Avropaya inteqrasiyası Avropanın əlindədir.Həmçinin NATO-nun gördüyü işlər təşkilat üzvlərinin əlindədir. Buna görə də bir çox məqamlar var ki, sadəcə ABŞ-ın daha geniş koordinasiyasını tələb edən təklifi ola bilməz", - deyə Makron qeyd edib.
Həmçinin o, etiraf edib ki, ABŞ-ın Ukraynaya təqdim etdiyi 28 bəndlik sülh planı yaxşdır və mühim məsələlərə toxunulub:
“Lakin biz yenidən ümumi dil tapmalıyıq. Çünki ABŞ-ın da bu münaqişənin həlli üçün avropalılara ehtiyacı var. Bu, müzakirəyə çıxarılan 28 bəndli təklifdən də tam aydın görünür”.
Digər xəbərlər






" style="width: 670px; height: 340px;">










