Saytımızı qiymətləndirin


 
 

Paşinyan Moskvanı qəzəbləndirir - Anna Akopyan Kiyevə yardım aparıb
Tarix: 06-09-2023 | Saat: 10:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Paşinyan Moskvanı qəzəbləndirir - Anna Akopyan Kiyevə yardım aparıb

Anna Akopyan bu gün Kiyevdə birinci xanımların və həyat yoldaşlarının illik sammitində iştirak edəcək.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu gün Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü ilə üçüncü ildir ki, Kiyevdə keçirilən birinci xanımların və həyat yoldaşlarının illik sammitində iştirak edəcək.


Qarabaqinfo.az xəbər verir ki, N.Paşinyanın həyat yoldaşının iştirakı ilə bağlı məlumat sammitin saytında dərc olunub.


Ukrayna Prezidenti Vladimir Zelenski açılış nitqi ilə tədbir iştirakçılarını salamlayacaq

Builki sammitdə Böyük Britaniya, Yaponiya, Türkiyə, İspaniya, Çexiya, Danimarka, İsrail və bir sıra digər ölkələrin liderlərinin həyat yoldaşları və ərləri, Avropa İttifaqının yüksək vəzifəli qadın məmurları, tanınmış jurnalistlər və aktyorlar iştirak edəcəklər.


Builki sammitin mövzusu psixi sağlamlıqdır və qonaqlar panel müzakirələri zamanı çıxış edəcəklər.


Ermənistandakı “Azatutyun” radiosu dünən öyrənib ki, Ermənistan Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfə Kiyevə humanitar yardım göndərib. Anna Akopyanın bu yardımı bu gün Kiyevdə təhvil verəcəyi gözlənilir.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər
8-05-2021, 16:48 Günlük yoluxma azaldı