Saytımızı qiymətləndirin


 
 

Ana və 8 aylıq körpəsinin qətliylə bağlı şok iddia: “Günahkar qızın ata-anasıdır”
Tarix: 22-06-2023 | Saat: 14:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ana və 8 aylıq körpəsinin qətliylə bağlı şok iddia: “Günahkar qızın ata-anasıdır”

Ötən gün Bakının Hökməli qəsəbəsində qadın və körpəsinin əri tərəfindən qətlə yetirilməsi gündəmi silkələdi. 

2003-cü il təvəllüdlü Leyla Hüseynli və 8 aylıq körpəsinin ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub. Qətlin isə qısqanclıq zəminində törədildiyi ehtimal edilir. 

Ümumiyyətlə, son illər qadın qətllərinin 90%-inin qısqanclıq zəmnində baş verdiyi müşahidə edilir. Psixoloq və həkimlərin böyük hissəsi bildirir ki, ifrat qısqanclıq xəstəlik əlamətidir. 

Amma digər bir versiyaya görə isə bu cür halların artmasının səbəbi sosial şəbəkələrin geniş yayılması, qadınların müasir həyat tərzi keçirməsidir.

Bəs görəsən qadın qətllərinin səbəbləri nədir? Sosial şəbəkələr həqiqətən qətllərin artmasında böyük rol oynayırmı? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Gülnar Orucova bildirib ki, insanlar bəzən qısqanclıqla paranoyanı qarışdırır: 

"Son illərdə qətl hadisələrinin sayı artıb və bu qətllərin böyük qismi qadınların xüsusi amansızlıqla öldürülməsidir. Bu qətllər ailə-məişət zəmnində, xüsusən də qısqanclıq zəmnində baş verir. Hər bir ailədə, hər insanda, hətta heyvanlarda belə qısqanclığın olması təbiidir, normaldır. Lakin bunun qədəri var, biz çalışıb balansı qorumalıyıq və həddimizi aşmamalıyıq. Həddini aşan hər bir duyğu insana zərər verir. Bu qısqanclıq da, sevgi də, nifrət də ola bilər. 

Ümumiyyətlə, paranoyalı insanların sayı artıb. Bəzən biz qısqanc insanla paranoyalı insanı qarışdırırıq. Paranoyalı insanlar özlərindən nələrsə düşünürlər və düşündüklərinə özləri də inanırlar. Amma əsalində düşündükləri əsla gerçək deyil. Belə insanlara biz deyirik ki, çox qısqancdır. Xeyr! Belə insanlar xəstədir. Bu xəstəlikdir". 

O, evlənməyə hazırlaşan cütlüklərin psixoloji müayinədən keçməsinin vacib olduğunu vurğulayıb: 

"Mən çox istərdim ki, evlənməyə hazırlaşan hər bir cütlük psixoloq müayinəsindən keçsin. Dövlət bunu qayda kimi qoymalıdır, bunu məcburi etmək lazımdır. Çünki məcburiyyət olmadıqda insanlar getmirlər. Və sonda dünənki kimi qətllər baş verir. 

Konkret dünənki hadisədə isə mən günahı valideynlərdə görürəm. Əgər biz bu cinayətdə qatil axtarırıqsa, bunlar ata və anadır. Çünki o yaşda universitet tələbəsini evləndiriblər. Əgər evləndirmək fikirləri vardısa, niyə bunu universitetdən sonraya saxlamayıblar? Xanım hamilə ola-ola o parta arxasında əyləşir, diskomfort yaşayır... Erkən evlilik bu qədərmi vacibdir? Mən bunu erkən nikah adlandırıram. Çünki normal ailələrdə qız universiteti bitirər, işləyər, özü öz ayağı üzərində durmağı bacarar, daha sonra ailə qurar. 

Bəlkə də həmin xanım ayrılmaq istəyib, bəlkə də məslənin kökündə başqa şeylər var. Sadəcə yeni evli olublar, bizim mental dəyərlərə görə belə bir şey istəsən, dərhal deyirlər ki, yeni evlisən, ayrıla bilməzsən, biz səni vermədik ki, gedib üstümüzə qayıdasan və s. 

Qız da düşünür ki, ayrılsam da mənə baxan olmayacaq, körpə övladım var, işləyə bilməyəcəyəm. Buna görə qadın dözməli olur. Nəyəsə uzun müddət dözməli olduqda sonda ya intihar edir, ya da qarşı tərəf ona qəsd edir. Bu cür hallar qəbulolunmazdır". 

G.Orucova son illərdə geniş izləyici kütləsi olan seriallardakı həyat tərzinin də qadınlara təsirsiz ötüşmədiyini qeyd edib:

"Məsələnin digər tərəfinə də baxaq: Son dövrlərdə gənclər seriallara baxırlar və oradakı həyatı arzulayırlar. Seriallardakı həyat isə şişirdilmiş həyatlardır. Real həyatda hər kəsin varlı əri, malikanəsi, ailəsi, uşağı ola bilməz. Bəzən isə seriallardakı qadınlar o qədər özbaşınalıq edirlər ki, real həyatda xanım bunu etmək istəyəndə təbii ki, Azərbaycan kişisi buna icazə vermir. Azərbaycanda kişi xəyanət etsə belə, evdə namuslu xanımı olmalıdır". 



Xəbəri paylaş

1179 dəfə oxunub.

Digər xəbərlər