Tarix: 01-09-2023 | Saat: 11:48
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Əmək Məcəlləsinə edilən dəyişikliklərlə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, eləcə də güzəştlərin tətbiqinə başlanılıb.
Belə ki, bu gündən artıq Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biri də 600 manatlıq birdəfəlik müavinətin verilməsidir.
Yəni, işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarmıza aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, 600 manat birdəfəlik müavinət də ödənilir. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.
Qarabaqinfo.az-ın məlumatına görə, sosial şəbəkələrdə 600 manat birdəfəlik müavinətin ödənilməsi ilə bağlı səhv məlumatın paylaşılması vətəndaşlar arasında çaşqınlıq yaradıb. Hətta TikTok-dakı bəzi “blogerlər” bundan su-istifadə edərək özlərinin izləyici sayını artırmaq üçün “dövriyyəyə” çaşdırıcı video-roliklər buraxıblar. Həmin videolarda deputat Vüqar Bayramovun çıxışı kəsilərək montaj edilib və “vətəndaşlara 600 birdəfəlik müavinətin ödənilməsinə başlanıldı” hissəsi sosial şəbəkə izləyicilərinə təqdim edilib. Nəticədə yüz minlərlə TikTok izləyicisində sual yaranıb: onlar 600 manatlıq birdəfəlik müavinəti necə ala bilərlər?
Bununla bağlı Modern.az-ın əməkdaşlarına da çox sayda suallar ünanlanır.
Bəs 600 manat birdəfəlik müavinət kimlərə şamil olunur?
Qeyd edək ki, bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər.
Müavinətlə bağlı hara müraciət etməli?
Prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə müraciət edə bilər.
Müavinət üçün şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Müavinət proaktiv qaydada təyin edilir.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir. Yəni, müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa, ən geci 10 günə vəsait onun hesabına köçürüləcək.
Digər xəbərlər