Ana Sayfa > Karusel / İqtisadiyyat > 600 manatlıq müavinət hamıya verilmir - Vətəndaşları kimlər çaşdırıb?
600 manatlıq müavinət hamıya verilmir - Vətəndaşları kimlər çaşdırıb?1-09-2023, 11:48. Yazar: Admin |
Əmək Məcəlləsinə edilən dəyişikliklərlə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, eləcə də güzəştlərin tətbiqinə başlanılıb.
Müavinətlə bağlı hara müraciət etməli? Prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə müraciət edə bilər. Müavinət üçün şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Müavinət proaktiv qaydada təyin edilir. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir. Yəni, müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa, ən geci 10 günə vəsait onun hesabına köçürüləcək. Geri dön |