Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda bu işçilərin maaşı artdı
Tarix: 14-12-2021 | Saat: 11:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olub.

 

Qarabaginfo.az-ın məlumatına görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 

Ümumilikdə 2021-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 min nəfər və ya 1,0 faiz artaraq 1 milyon 702,1 min nəfər olub, onlardan 903,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 798,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.



Xəbəri paylaş

310 dəfə oxunub.

Digər xəbərlər