Hər ay 190 manat almağın ən SADƏ ÜSULU – TAM İZAH
Tarix: 07-04-2020 | Saat: 15:07
Bölmə:Karusel / Sosial | çapa göndər
572 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-04-2020 | Saat: 15:07
Bölmə:Karusel / Sosial | çapa göndər
Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Hazırda işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır, yəni onların yardımı alması üçün təkrar Dövlət Məşğulluq Xidmətinə müraciət etmələrinə ehtiyac yoxdur.
Koronavirusun insanlara vurduğu maddi ziyanı müəyyən qədər qarşılamaq üçün dövlətin işsizlərə yardım paketindən yararlanmaq üçün vətəndaşlarımız bəzən çətinliklərlə üzləşir, onlarda müəyyən suallar yaranır.
Qarabaginfo.az xəbər verir ki, bu çətinlikləri aradan qaldırmaq üçün BakuPost saytı vətəndaşlarımızın işini bir qədər yüngülləşdirməyə çalışır. Bunun üçün saytın görünən yerində www.e-sosial.az saytına keçid düyməsi- banner yerləşdirib. Siz həmin yardımı əldə etmək istəmək üçün qeydiyyatdan keçmək istəyirsinizsə, BURAYA tıklayın. Ümumiyyətlə, o yardım paketindən yararlanmaq hüququna malik olub-olmadığınızı bilmək istəyisrinizsə aşağıdakı mətni diqqətlə izləyin.
Nazirlər Kabinetinin yardım paketində 200 min işsizə 2 ay ərzində hər ay 190 manat ödənilməsi məqsədilə 70 milyon manat vəsait ayrılıb. Bu yardımı əldə etmək üçün ilk növbədə işsizlik statusunuzu rəsmiləşdirməlisiniz.
Bunun üçün:
1. www.e-sosial.az saytına daxil olun və ya BU düyməni basın.
2. Daha sonra, e-xidmətlər bölməsini açırsız.
3. Açılmış pəncərədə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xanasını seçirsiz.
4. Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız.
5. Onlayn qaydada İstifadəçi FİN-nin əldə olunması üçün “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin.
Şəxsiyyət vəsiqəsində (həm köhnə və həm də yeni versiyada) FİN kodu bilmirsizsə, aşağıdakı fotolara baxın. İşarənən rəqəmlər FİN kodudur.
6. Mobil telefonunuza gələn kodu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.
7. İstifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.
Qeyd: Qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.
Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz kimi qeydiyyata alina bilməzlər.
Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq.
Əgər sistemdə problemlə qarşılaşsanız 108-ə zəng edin, əlavə məlumat alın.
Xəbəri paylaş
Digər xəbərlər
26-12-2023, 15:22
Şoyqu Putinə məruzə etdi: Ukrayna “Novoçerkask”ı vurdu
22-10-2021, 12:52
Şənbə gününün hava proqnozu açıqlanıb
4-11-2024, 20:28
Putin Kremldə Şimali Koreyanın xarici işlər nazirini qəbul edib
10-01-2022, 16:12
Vergi dəyişiklikləri maşın bazarına təsir edəcək
23-12-2021, 00:29
Mikayıl Cabbarov: "Bu il Azərbaycanda ÜDM-in artım tempi bizim proqnozlardan yüksək olub"
12-07-2024, 13:11
MEDİA jurnalist müsabiqəsinin nəticələrini açıqladı –SİYAHI
22-03-2021, 10:14
Azərbaycan Ordusunun karvanı Laçın dəhlizindən KEÇDİ
20-08-2022, 10:53
Rusiya Donbasda kütləvi hücuma keçib
29-08-2024, 12:33
“Qarabağ”ın Avroliqadakı rəqibləri sabah bəlli olacaq