Saytımızı qiymətləndirin


 
 

Başlıbel soyqırımı ilə bağlı Ermənistana tutarlı CAVAB
Tarix: 01-09-2023 | Saat: 11:41
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Başlıbel soyqırımı ilə bağlı Ermənistana tutarlı CAVAB

“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb. ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” adlı layihənin əsas məqəsədi Ermənistanın müharibə cinayətlərinin bariz nümunələrindən sayılan Başlıbel faciəsi ilə bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılması, Azərbaycanın haqq səsinin təbliğinə dəstək vermək, gənclərin vətənpərvər ruhda tərbiyəsinə ictimai dəstəyi təmin etməkdir.


Qarabaqinfo.az xəbər verir ki, iyulun 1-dən başlanan layihə sentyabrın 30-dək davam edəcək. Üç aylıq layihə çərçivəsində nəzərdə tutulan maarifləndirmə tədbirləri iki mühüm komponentdən ibarətdir. Birinci komponent 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilmiş kütləvi qətliamdan bəhs edən “Qanlı kaha” kitabının yeni varinatda təkrar nəşrə hazırlanması nəzərdə tutulur. Layihənin bu mərhələsi üzrə görüləcək işlər demək olar ki, tamamlanmaq üzrədir. Belə ki, sözügedən nəşr üzərində iş artıq başa çatdırılıb və kitab çapa hazırdır.

Kəlbəcər rayonunun işğalı zamanı 113 gün müddətində işğalçı ordunun mühasirəsində qalan mülki sakinlərin başına gətilən müsibətləri, onların yaşamaq uğrunda mübarizəsini özündə əks etdirən kitabın təkrar nəşrindən sonra layihənin növbəti mərhələsinə - Başlıbel faciəsi ilə bağlı məlumatlandırma tədbirlərinə start veriləcək. Bu mərhələdə Bakı şəhəri və Abşeron rayonunda iki orta və bir ali məktəbdə “Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” adlı maarifləndirmə tədbirlərinin təşkili nəzərdə tutulub.

Xatırladaq ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində 76 sakin son anda evini tərk edə bilməyərək mühasirə vəziyyətində qalıb. Onlardan 14 nəfəri aprelin 2-də qarlı dağ aşırımlarından keçməklə mühasirədən çıxmaq istəyərkən yolda qətlə yetirilib və ya girov götürülüb. Digər 62 nəfər isə kəndin yaxınlığındakı kahalara sığınaraq mühasirə həyatını davam edib. 113 gün çəkən mühasirə zamanı dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib. Ermənistan ordusunun Başlıbel kəndində köməksiz vəziyyətdə kahalara sığınmış əliyalın insanlara qarşı törətdiyi vəhşiliklər, evlərin yandırılması və talan edilməsi, bir gecədə 4 ailənin bütün üzvlərinin qətlə yetirilməsi Qarabağ müharibəsi dövrünün ən dəhşətli hadisələrindədir.
 

Qırx dörd günlük Zəfər müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsi işğalçı Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə törətdiyi hərbi cinayətlərin dəlil və sübutlarla geniş ictimaiyyətə çatdırılması üçün yeni imkanlar yaradıb. İşğalçı Ermənistan 2020-ci il 10 noyabr bəyannaməsinə imza atmaqla həm də faktiki məğlubiyyətini etiraf etməsinə baxmayaraq, hələ də Azərbaycana qarşı qərəzli münasibətindən əl çəkmir, riyakar və hiyləgərcəsinə öz cinayətlərini ört-basdır etməyə, həqiqətləri gizlətməyə çalışır. Belə bir şəraitdə Başlıbel faciəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili həm də işğalçı Ermənistana ən tutarlı cavabdır.

Modern.az


Xəbəri paylaş

1134 dəfə oxunub.

Digər xəbərlər