Saytımızı qiymətləndirin


 
 

Bakıda gənc qız özünü binanın 10-cu mərtəbəsindən yerə atıb
Tarix: 08-12-2017 | Saat: 09:03
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

O, hadisə yerində ölüb

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

"Qarabaginfo" "Report"-a istinadən xəbər verir ki, 24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü yerə atıb.

Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.



Xəbəri paylaş

666 dəfə oxunub.

Digər xəbərlər