Saytımızı qiymətləndirin


 
 

Cəlilabaddakı zəlzələ nəticəsində dağıntı baş verib?
Tarix: 23-08-2023 | Saat: 14:03
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Cəlilabaddakı zəlzələ nəticəsində dağıntı baş verib?

Bu gün Cəlilabad rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə rayonun Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

 

Bildirilib ki, hələlik komissiyaya hər hansı bir dağıntı və xəsarət barədə müraciət olunmayıb.

 

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasıdan da bildirilib ki, tibb müəssisəsinə zəlzələ ilə bağlı müraciət daxil olmayıb.

 

Avqustun 23-də Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ baş verib. Yerli vaxtla saat 01:23-də qeydə zəlzələnin maqnitudası 5-ə bərabər olub. Ocağı 13 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 4 baldan çox, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub. Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Saatlıda, Masallıda, Lənkəranda, Yardımlıda və Lerikdə hiss edilib.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər