Saytımızı qiymətləndirin


 
 

Bu gün Cəbrayıl və Füzulinin işğal gününü QEYD ETMİRİK
Tarix: 23-08-2023 | Saat: 10:14
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

 Bu gün Cəbrayıl və Füzulinin işğal gününü QEYD ETMİRİK

Bu gün 23 avqust tarixi Cəbrayıl və Füzuli rayonlarının işğal günüdür.

Qarabaqinfo.az xəbər verir ki, Azərbaycan ictimaiyyəti artıq 3-cü ildir ki, Cəbrayıl və Füzulininin işğal gününü qeyd etmir.

Azərbaycan Ordusunun 2020-ci ilin payızında apardığı Vətən müharibəsinin uğurla başa çatması sayəsində Cəbrayıl və Füzuli bütünlüklə düşmən tapdağından azad olundu. 


1993-cü il avqustun 23-də gerçəkləşən işğaldan sonra Cəbrayıl rayonunun 1050 kv.km ərazisi – rayon mərkəzi və 90-a yaxın kəndi erməni vandalizmi nəticəsində tamamilə məhv edilib.

Füzuli rayonunun mərkəzi və 50 kəndinin Ermənistan ordusu tərəfindən işğalı da eyni vandalizmlə nəticələnib – bu inzibati ərazi tamamilə yerlə-yeksan edilib.

Nəhayət Azərbaycanın Şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Cəbrayıl və Füzulini də düşmən tapdağından xilas etdi.


2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 17-də isə Füzuli rayonu işğaldan azad edildi.

Hazırda hər iki rayon ərazisində minatəmizləmə əməliyyatları, quruculuq-abadlıq işləri aparılır.

İndi qarşıda duran ən vacib və mühüm vəzifə Vətən müharibəsində əldə etdiyimiz qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi qurub-tikmək və insanların tez bir zamanda doğma yurda qayıtmasını təmin etməkdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin bir müddət öncə imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Bu sərəncamla 4 oktyabr – Cəbrayıl şəhəri günü, 17 oktyabr – Füzuli şəhəri günü kimi rəsmiləşdirilib.



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər