Saytımızı qiymətləndirin


 
 

Dövlət Komitəsi “qaliblərə pul ödənilməyib” iddiasına münasibət bildirdi
Tarix: 11-08-2023 | Saat: 17:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət Komitəsi “qaliblərə pul ödənilməyib” iddiasına münasibət bildirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yazı müsabiqəsinin qaliblərinə pul mükafatlarının köçürülmədiyi iddiasına cavab verib.

Qarabaginfo.az xəbər verir ki, qurumun bununla bağlı məlumatınsda qeyd olunur:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Dini təhlükəsizlik və media” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi keçirilib. Yazı müsabiqəsinin nəticələri iyul ayının 19-da Dövlət Komitəsinin təşkil etdiyi eyniadlı konfransda elan olunub və qaliblər mükafatlandırılıb. Müsabiqəsinin nəticələrinə görə 15 nəfər qalib müəyyən edilib. 

Qaliblərin pul mükafatları onların bank hesablarına köçürülüb. 15 nəfərdən 11-i artıq pul mükafatlarını alıblar. Qalan 4 nəfərin pul mükafatını ala bilməməsinin  səbəbi bank hesablarında olan texniki problemdən qaynaqlanır". 

Məlumatın sonunda qaliblərin siyahısı təqdim olunub:

Pul mükafatını alan jurnalistlər

Tərgül Ağayeva, Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samirə Abdullayeva -“Report” İnformasiya Agentliyi

Yeganə Quliyeva – Teleqraf.com

Aytən Abdulova - Azərbaycan Televiziyası

Sayad Həsənli - Oxu.az

Pərviz İsmayılov  -  “Yeni Azərbaycan” qəzeti 

Mirmahmud Kazımov - Report İnformasiya Agentliyi

İlkin Nəcəfzadə - Azvision.az

Seymur Əliyev - Moderator.az

İsgəndər Həsənov - “525-ci qəzet”

Aqil Bəkir - Yeniçağ İnformasiya Agentliyi

Pul mükafatını almayan jurnalistlər

Cavid Əkbərov  - “İki sahil” qəzeti 

Elçin Bayramlı - “Səs” qəzeti

Günay Elşadqızı -  APA

Elçin Mehdiyev - Trend İnformasiya Agentliyi



Xəbəri paylaş

1134 dəfə oxunub.

Digər xəbərlər