Saytımızı qiymətləndirin


 
 

Saçda yaranan kəpək və onunla mübarizə
Tarix: 21-02-2024 | Saat: 15:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Saçda yaranan kəpək və onunla mübarizə

Müasir dövrdə saç kəpəyi problemi aktual məsələlərdəndir. Hazırda cəmiyyətdə demək olar ki, hər kəs kəpəklə mübarizə aparmaq üçün müxtəlif yollar axtarır. Həmin problemlər qarşısında satılan istənilən kəpək şampunları təsirsiz və ya səmərəsiz ola bilər.

 

Qarabaqinfo.az xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu deyib: “Saç kəpəyi yaranmasının səbəbləri çoxdur. Məsələn, göbələk xəstəliyi və ya sədəf xəstəliyi. Ən çox yayılan kəpək problemi isə dəri yağlılığının çox olması ilə əlaqədardır və həmin hal quru seboreyanın verdiyi kəpəklər yaradır”.

 

Saçda olan kəpək sadəcə dermatoloji bir problem deyil. Həkimin dediyinə görə, saçda yaranan kəpək bir sıra xəstəliklərin də xəbərçisi ola bilər: “Həzm sistemi xəstəlikləri ilə yanaşı olaraq dəridə və saçda özünü göstərə bilər. Fiziki dəri daxili orqanların güzgüsüdür. Həmçinin digər xroniki xəstəliklər zamanı da saç kəpəyi ola bilər. İstifadə edilən dərman preparatları da buna səbəb ola bilər. Ən çox daxili orqanlarda, məsələn, metobolik sindrom, xolesterin yüksəkliyi varsa, bu zaman ümumiyyətlə lipid mübadiləsi pozularaq yağ təbəqəsi hesabına saçda əlavə kəpəklər yaranması mümkündür”.

 

Həkim-fitoterapevt evdə hazırlana biləcək maskalar da tövsiyə edib: “Bərabər miqdarda sarımsaq və gicitkən əzilərək bir-birinə qarışdırılır, yavaş-yavaş saç dibinə sürtülür, 20 dəqiqədən sonra saç kətan dəsmalla örtülür, iki xörək qaşığı tozağacı yarım litr qaynar suda dəmlənəndən sonra isti halda olmadan saç yuyulur. Proseduru həftədə üç dəfə etmək olar.

 

Saçı qətranlı və yaxud çörəkotu tərkibli sabunla yumaq məsləhətdir. Yuyulandan sonra kükürd tozundan istifadə olunur. Yumadan əvvəl bir xörək qaşığı soda bir litr suda həll olunur və saçlar həmin su ilə yuyulur. Həftədə iki dəfə bu proseduru etmək kəpəyin yenidən yaranmasının da qarşısını alır”.



Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər