Tarix: 05-06-2024 | Saat: 10:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə "qafqazinfo" müvafiq sərəncama istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu vəzifəyə Ali Məhkəmənin hakimi Abiddin Hüseynov təyinat alıb. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.
Abiddin Hüseynov 1977-ci ildə anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda həm bakalavr, həm də magistr təhsili alıb. Təhsilini Rusiya Hüquq Akademiyasının Hüquq fakültəsində davam etdirib.
O, əmək fəaliyyətinə 2000-ci ildən başlayıb. 2000-2010-cu illərdə Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb. 2010-2013-cü illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, 2013 - 2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyib.
2020-ci ildən Ali Məhkəmənin hakimi idi. O, həmçinin Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü vəzifəsində çalışır.
Abiddin Hüseynov ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Digər xəbərlər