Saytımızı qiymətləndirin


 
 

ABŞ Rusiyanı “taxıl sazişi”nin bərpası üçün şərtlərini açıqlamağa- ÇAĞIRDI
Tarix: 05-08-2023 | Saat: 11:58
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər

“Birləşmiş Ştatlar Rusiyanı Qara dəniz “taxıl sazişi”nin bərpası müqabilində konkret nə gözlədiyini aydınlaşdırmağa çağırır”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiyalar departamentinin rəhbəri Ceyms O’Brayen brifinq zamanı jurnalistlərə bildirib.

Departament rəsmisi qeyd edib ki, Birləşmiş Ştatlar bu məsələlərin hər hansı birinin həllinə yardım etməyə hazırdır. Onun sözlərinə görə, Rusiya ilk növbədə öz tələblərini dəqiqləşdirməlidir.

Dövlət katibi Entoni Blinkenin sözlərini təkrarlayan O’Brayen xatırladıb ki, ötən il Rusiya taxıl ixracı üzrə rekorda imza atıb – 61,8 milyon ton. BU da əvvəlki illərlə müqayisədə 10-15 faiz çoxdur.

“Əgər biz dünya üçün ərzaq məhsullarını meyar kimi götürsək, o zaman BMT və Türkiyə ilə birlikdə Rusiya ixracatını dəstəkləmək üçün gördüyümüz işlər effektivdir”, – o bildirib.



Xəbəri paylaş

1169 dəfə oxunub.

Digər xəbərlər