Saytımızı qiymətləndirin


 
 

Dövlət başçısından ermənilərə MÜRACİƏT
Tarix: 01-08-2023 | Saat: 22:40
Bölmə:Karusel / Siyasət | çapa göndər

Dövlət başçısından ermənilərə MÜRACİƏT

 

Prezident İlham Əliyev ermənilərə mesaj göndərib.

 

Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı bu barədə “Euronews” kanalına müsahibəsində danışıb.

 

“Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik”, - deyə Prezident İlham Əliyev bildirib.

 

Dövlət başçısı vurğulayıb ki, Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər.

 

"Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm", - Prezident İlham Əliyev əlavə edib.



Xəbəri paylaş

1119 dəfə oxunub.

Digər xəbərlər