Saytımızı qiymətləndirin


 
 

Şuşa qələbəsinə görə Prezidentin təbrik etdiyi general-leytenant Hikmət Mirzəyev kimdir?
Tarix: 09-11-2020 | Saat: 12:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Şuşa qələbəsinə görə Prezidentin təbrik etdiyi general-leytenant Hikmət Mirzəyev kimdir?


Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verib.

Qarabaginfo.az Xalqinfo.az-a istinadən qəhrəman generalımızla bağlı bəzi məlumatları təqdim edir:

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev əslən Laçın rayonunun Minkənd kəndindəndir.
Biləsuvar rayonunda doğulub. 2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir.
Eyni zamanda Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatının başçısıdır.
Hikmət Mirzəyev "Vətənə xidmətə görə", "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", 3 dəfə "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunub.



Xəbəri paylaş

718 dəfə oxunub.

Digər xəbərlər