Saytımızı qiymətləndirin


 
 

Avropa artıq Ukraynanı dəstəkləyə bilməz - Baş nazir
Tarix: 28-07-2023 | Saat: 13:50
Bölmə:Karusel / Region | çapa göndər

Avropa artıq Ukraynanı dəstəkləyə bilməz - Baş nazir

 

Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı müharibənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, "Kossuth" radiosuna müsahibə verib.

 

Orban qeyd edib ki, Avropa ABŞ kimi “çoxlu pul qazanmağa” uyğunlaşmayıb.

 

“Hər cür maliyyə manipulyasiyalarının köməyi ilə amerikalılar çox pul qazana bilərlər, lakin Avropa fərqlidir, buna uyğunlaşmayıb. Biz amerikalılar kimi asanlıqla pul istehsal edə bilmərik”, – baş nazir bildirib. O qeyd edib ki, Avropa iqtisadiyyatı problem içindədir.

 

Viktor Orbanın sözlərinə görə, Qərb ölkələrinin Ukraynaya gələcək dəstəyi 2024-cü ilin payızında ABŞ-da keçiriləcək prezident seçkilərindən asılı olacaq. O vurğulayıb ki, hər şey Co Baydenin “proksi müharibəsi”nə son qoymadan seçkiyə getməyə qərar verməsindən, yoxsa “atəşkəs və sülhlə seçkiyə getmək istəməsindən” asılıdır.

 

"Bu müharibə artıq Ukrayna müharibəsi deyil. Ukraynalıların gücü tükənib, Ukraynanı ancaq Qərbin pulu dəstəkləyir. Ukraynanın suverenliyi praktiki olaraq itirilib. Çünki heç bir maliyyə gəliri olmayan, öz vətəndaşlarını işlə təmin edə bilməyən, hətta müharibəni maliyyələşdirə bilməyən ölkə suveren deyil”, - deyə o qeyd edib.(Modern.az)



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər