Tarix: 11-05-2021 | Saat: 14:39
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Bu gün zəngin, beynəlxalq və regional məsələlərin bütün mövzularını əhatə edən bir məsləhətləşmələr planı imzaladıq".
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında deyib.
“Çox yaxın gələcəkdə ölkələrimiz arasındakı bütün münasibətlərin tam iş rejiminə geri dönəcəyini gözləyirik. Bu ay Azərbaycan hökuməti başçısının görüşü şəxsən baş tutacaq, cənab Əli Əsədov Rusiya paytaxtına rəsmi səfər edəcək.
Həmçinin əməkdaşlığımızın vacib elementi parlamentlərarası qarşılıqlı fəaliyyətdir. Cari vəzifələrimizi müəyyənləşdirən bu ümumiləşdirici sənəd ticarət, nəqliyyat infrastrukturu, elmi intensiv sənaye, innovasiya, rəqəmsal iqtisadiyyat, iqtisadi proseslərin və turizmin səmərəliliyinin artırılması üçün 6 yol xəritəsi ehtiva edən 2024-cü ilədək nəzərdə tutulmuş bir fəaliyyət planıdır", - Lavrov bildirib.
Digər xəbərlər