Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda qısqanc bəy öz toyunda qonağı bıçaqladı 
Tarix: 26-07-2023 | Saat: 12:17
Bölmə:Karusel | çapa göndər

Azərbaycanda qısqanc bəy öz toyunda qonağı bıçaqladı 

 


Qaxda bıçaqlanma hadisəsi olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a bildirilib ki, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub. 

Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Qax şəhərində yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində baş verib. 

2002-ci il təvəllüdlü Ariz Əhmədov hadisəni öz toyu zamanı törədib. Y.Şıxəmirli həmin toyda qonaq qismində çıxış edib. A.Əhmədov hadisəni qısqanclıq zəminində törədib. 

 



Xəbəri paylaş

82 dəfə oxunub.

Digər xəbərlər