Saytımızı qiymətləndirin


 
 

İran Ordusunun qərargah rəisi Azərbaycanla sərhədə gəldi - Sıfır nöqtəsindən hansı mesaj verildi
Tarix: 19-07-2023 | Saat: 19:12
Bölmə:Karusel / Region | çapa göndər

İran Ordusunun qərargah rəisi Azərbaycanla sərhədə gəldi - Sıfır nöqtəsindən hansı mesaj verildi

"Bu səfərin məqsədi İran və Azərbaycan arasında ümumi sərhəddə passiv müdafiənin son vəziyyətini araşdırmaqdır".

Qarabaginfo.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib.

O, İran-Azərbaycan sərhədinin Naxçıvan MR-lə qonşu Poldəşt rayonundakı sıfır nöqtəsinə səfər edib.

M. Baqiri sərhədboyu ərazidə yerləşən qüvvələrin vəziyyəti ilə tanış olub.

General-mayor Baqirini İslam Respublikası Ordusunun bir sıra yüksək rütbəli komandirləri müşayiət ediblər.

Araz çayı boyu uzanan məntəqədə bölmələrə rəsmi baxış həyata keçirilib.



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər