Saytımızı qiymətləndirin


 
 

“Əsas odur ki, Şolts və Sunak Putinin müsahibəsi ilə tanış olublar”- KREML
Tarix: 12-02-2024 | Saat: 17:28
Bölmə:Karusel / Dünya | çapa göndər

“Kreml üçün əsas odur ki, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniya Baş naziri Rişi Sunak Rusiya prezidenti Vladimir Putinin Taker Karlsonla müsahibəsi ilə tanış olublar”.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Görünən odur ki, müsahibənin məzmunu ilə tanışdırlar və bizim üçün əsas məsələ budur. Onlar öz dövlətlərinin başçıları kimi Rusiya prezidenti Putinin mövqeyi ilə daim tanış olmaq imkanı əldə ediblər və indi bu, onlara tam şəkildə təqdim olunub. Əsas olan budur. Emosional reaksiya, yəqin ki, ölkələrinin indiki vəziyyətinə görə və vergi ödəyicilərinə özlərini bir şəkildə izah etmək üçündür”, – Peskov bildirib.

Şolts ABŞ prezidenti Co Baydenlə Ağ Evdə keçirdiyi birgə brifinqdə Putinin müsahibəsini “absurd” adlandırıb və Rusiya liderini Ukrayna münaqişəsinin tarixi haqqında yalan danışmaqda ittiham edib.

Putinin məlum müsahibəsini Sunak da tənqid edib.



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər
13-01-2024, 12:19 Əsl xalq Prezidenti