Tarix: 08-07-2024 | Saat: 20:30
Bölmə:Karusel / Kriminal | çapa göndər
Paytaxt ərazisində avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edən daha bir şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, cari ildə polis əməkdaşları tərəfindən vətəndaşlar tərəfindən daxil olan müraciətlər üzrə aparılan araşdırmalarla 11-dən artıq fakt üzrə tədbirlər görülüb.
Həmin əməlləri törətməkdə şübhəli bilinən şəxslərdən daha bir nəfər - əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunmuş, 2002-ci il təvəllüdlü Hüseynov Qəhrəman Ceyhun oğlu məsuliyyətə cəlb edilib.
O, 3 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edib.
Q.Hüseynov barəsində toplanmış material aidiyyəti üzrə göndərilib və müvafiq qərarla 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Onun analoji əməllərdə iştirakı istisna edilmir, əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.
Digər xəbərlər