Saytımızı qiymətləndirin


 
 

BQXK-nin iç üzünü açıldı, təşkilat dünyada biabır oldu - EKSPERT
Tarix: 11-07-2023 | Saat: 12:07
Bölmə:Karusel / Qarabağ / Dünya | çapa göndər

BQXK-nin iç üzünü açıldı, təşkilat dünyada biabır oldu - EKSPERT

 

“Dünyada Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının yoxlanılması faktına rast gəlməmişəm. Amma Azərbaycanın bu təşkilatın maşınlarını yoxlayaraq qaçamalçılıq faktlarını videomateriallarla sübut etməsi BQXK-nın iç üzünü açdı və təşkilatın dünyada biabır olması ilə nəticələndi”.
Modern.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib.

O bildirib ki, Azərbaycan dəfələrlə Xankəndidə fəaliyyət göstərən BQXK-yə Bakı ofisinə tabe olmağı və Azərbaycan ərazisindən keçməklə xəstələrlə işləməyi təklif edib:
“Deməli, məqsədləri yalnız "7 ay mühasirədə olan 135 kiloqramlıq erməni xəstələri" daşımaqdan ibarət olmayıb. Şübhəm yoxdur ki, BQXK cinayətləri ətraflı araşdırılacaq, qaçaqmalçılıq fəaliyyətinin tarixi, təşkilatçıları, icracıları barədə beynəlxalq ictimaiyyətə geniş məlumat veriləcək”.

 

 

Ədalət Verdiyev vurğulayıb ki, Azərbaycan sərhədçilərinin fəallığı nəticəsində digər ölkələr də BQXK-ni daha yaxından tanıdı, deməli, onlar da yaxın müddətdə bu cinayətkar qurum barədə maraqlı faktlar aşkarlayacaq.

 

Qeyd edək ki, Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar. Dövlət Sərhəd Xidmətindən bildirilib ki, lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.



Xəbəri paylaş

1122 dəfə oxunub.

Digər xəbərlər