Saytımızı qiymətləndirin


 
 

NATO sammiti öncəsi Vilnüsdə təhlükəsizlik gücləndirilib
Tarix: 08-07-2023 | Saat: 22:59
Bölmə:Karusel / Dünya | çapa göndər

NATO sammiti öncəsi Vilnüsdə təhlükəsizlik gücləndirilib

 

NATO rəhbərliyi Şimali Atlantika Alyansının iyulun 11-12-də Litvanın paytaxtında keçiriləcək sammiti ərəfəsində Vilnüsdə təhlükəsizlik tədbirlərini gücləndirmək barədə qərar qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Agentlik qeyd edir ki, NATO Belarusla sərhəddən 30 km, Rusiyanın Kalininqrad vilayətindən isə 150 km aralıda yerləşən Vilnüs şəhərini qalaya çevirib.

 

Məlumata görə, 16 NATO üzvü sammitin təhlükəsizliyini təmin etmək üçün Litvaya minə yaxın hərbçi göndərib.

 

Ölkələr müasir hava hücumundan müdafiə sistemləri göndərməklə əlavə hava mühafizəsi təmin edəcəklər.

 

Bildirilir ki, Litvaya "Patriot", NASAMS zenit-raket kompleksi, müxtəlif helikopter, pilotsuz uçuş aparatları və texnikalar yerləşdirilib.

 

"Reuters" qeyd edir ki, səkkiz "Patriot" kompleksi Vilnüs hava limanının yaxınlığında yerləşir və Kalininqrad vilayətinə, eləcə də Belarusa yönəlib.



Xəbəri paylaş

1153 dəfə oxunub.

Digər xəbərlər