Saytımızı qiymətləndirin


 
 

Biləcəridə çürümüş kişi meyiti tapıldı
Tarix: 08-07-2023 | Saat: 12:27
Bölmə:Karusel | çapa göndər

Biləcəridə çürümüş kişi meyiti tapıldı

 

Binəqədidə meyiti aşkar edilmiş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

 

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, iyulun 5-i saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Saleh Sadıqovun çürümüş meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olundıqdan sonra isti izlər əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

 

Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

 

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.



Xəbəri paylaş

108 dəfə oxunub.

Digər xəbərlər