Saytımızı qiymətləndirin


 
 

Şəmkirdə həyat yoldaşını güllələyən kişi saxlanıldı
Tarix: 08-07-2023 | Saat: 10:37
Bölmə:Karusel / Kriminal | çapa göndər

Şəmkirdə həyat yoldaşını güllələyən kişi saxlanıldı

Şəmkirdə həyat yoldaşını güllələyən şəxs saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyulun 7-i saat 21:30 radələrində Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü Zəhra Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun rayonun Çinarlı qəsəbəsində yerləşən yaşayış evində arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Əfsun Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Fakta görə Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.



Xəbəri paylaş

1147 dəfə oxunub.

Digər xəbərlər