Saytımızı qiymətləndirin


 
 

Nazirlər kabineti Azərbaycanda elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərar verib
Tarix: 28-09-2020 | Saat: 17:31
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Nazirlər Kabineti Aparatının yeni strukturu TƏSDİQLƏNDİ - modern.az

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi

vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə

“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan

Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli

Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan

Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi

vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində

əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət

orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi

vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində

elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az”

portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət

orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi

vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində

fəaliyyətinə icazə verilən sahələrin siyahısı təsdiq edilsin (3 nömrəli

əlavə).

4. Müəyyən edilsin ki:

4.1. bu Qərarın 3-cü hissəsi ilə təsdiq edilən sahələrdə fəaliyyət

göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron

imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən

sonra onların hərəkətinə yol verilir;

2

4.2. bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti

zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması

məcburidir;

4.3. beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti

olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların

biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil

olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların

pasportuna vurulmuş ştamp əsasında yol verilir;

4.4. bu Qərarla müəyyən edilmiş tələblərin pozulmasına görə

fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati

Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada

məsuliyyət daşıyırlar;

4.5. bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.



Xəbəri paylaş

324 dəfə oxunub.

Digər xəbərlər
11-04-2021, 12:30 Sabah yağış yağacaq