Saytımızı qiymətləndirin


 
 

Yeni sosial şəbəkəyə bir neçə saata 10 milyon insan qoşuldu
Tarix: 06-07-2023 | Saat: 16:20
Bölmə:Karusel / Dünya | çapa göndər

yeni-sosial-sebekeye-bir-nece-saata-10-milyon-insan-qosuldu

ABŞ-nin “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin yeni yaratdığı “Threads” sosial şəbəkəsinin istifadəçilərinin sayı durmadan artır.

Qarabaginfo.az xəbər verir ki, bu gün istifadəyə verilən mobil tətbiqdə 7 saat ərzində 10 000 000-dan çox insan qeydiyyatdan keçib.  

Bu barədə Zukerberq sözügedən platformadakı hesabında bildirib.

Qeyd edək ki, “Threads” instaqramın bazasında çalışır və tviterin analoqu hesab olunur.

“Qafqazinfo” saytını da “Threads”də izləyə bilərsiniz.

Xatırladaq ki, bir müddət əvvəl “Meta” şirkətinin rəhbəri Mark Zukerberq tviter sosial şəbəkəsinin sahibi İlon Maskla “qəfəs döyüşü” keçirməyə hazır olduğunu demişdi. Biznesmenlər arasında mübahisəyə səbəb “Meta”nın menecerlərindən biri şirkət rəhbərliyinə tviterə rəqib ola biləcək “Threads” (yaxud Project 92) tətbiqinin necə olacağını təqdim etməsi olmuşdu. Lakin sonradan “qəfəs döyüşü” baş tutmamışdı.(qafqazinfo)

 

 



Xəbəri paylaş

1150 dəfə oxunub.

Digər xəbərlər
7-09-2022, 09:20 Laçın, sən azadsan!