Tarix: 05-07-2023 | Saat: 13:16
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türkiyədə sonuncu prezident seçkilərinin ilk turunda prezidentliyə namizəd olmuş Sinan Oğan onun namizədliyini irəli sürən "ATA İttifaqı"nın yaranması prosesi ilə bağlı detalları açıqlayıb.
Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oğan ittifaqın əsas siyasi qüvvəsi olan Zəfər Partiyasının sədri Ümit Özdağla 8 ay əvvəldən bu barədə razılaşdıqlarını və namizədliyinin irəli sürüləcəyi barədə anlaşdıqlarını deyib.
"Özdağla 8 ay əvvəldən əl sıxmışdıq, razılaşmışdıq. Sonradan seçki ərəfəsində onun Mansur Yavaş və Muharrem İncenin namizədliyi ilə bağlı fikirlər səsləndirməsi mənim xaricimdə olan məsələlərdir. Niyə belə etdiyini bilmirəm", - o qeyd edib.
Xatırladaq ki, ilk turda Ümit Özdağ və partiyası "ATA İttifaqı" çərçivəsində Oğanın namizədliyini müdafiə etmişdi.
Digər xəbərlər