Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizinin açılmasına da mane olur
Tarix: 05-07-2023 | Saat: 10:59
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizinin açılmasına da mane olur

Ermənistan, həmçinin Zəngəzur dəhlizinin açılmasına mane olur. Zəngəzur dəhlizi Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktı ilə üzərinə götürdüyü digər öhdəlikdir və buna görə də yerinə yetirilməlidir.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı ifadə edib.

İşğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə dərin minnətdarlığını bildirdən dövlət başçısı qeyd edib ki, o, xüsusilə 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları iki hala istinad edir.



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər