Tarix: 12-04-2021 | Saat: 13:49
Bölmə:Karusel / Region | çapa göndər
Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) Ramazan ayında pandemiya ilə əlaqədar tətbiq ediləcək qadağalarla bağlı açıqlama yayıb.
Qarabaginfo.az xəbər verir ki, Türkiyə DİN tərəfindən ölkənin 81 vilayətinə göndərilən “Ramazan tədbirləri” adlı sərəncamda vətəndaşların kütləvi şəkildə qatıldıqları iftar çadırlarına icazə verilməyəcəyi, izdihamlı dini ayinlərin keçirilməsinə qadağa qoyulacağı qeyd edilib.
Türkiyənin Dini İşlər üzrə İdarəsinin tövsiyələri üzrə keçən il olduğu kimi, bu il də təravih namazı evdə qılınacaq.
Qeyd edək ki, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Türkiyənin Səhiyyə Nazirliyinin nəzdində yaradılan Elm Qurumunun bu gün Ramazan ayının başlanması ilə əlaqədar xüsusi iclası keçiriləcək. Sabah isə Nazirlər Kabinetində Ramazan ayinlərinin pandemiya şərtlərində icrası ilə əlaqədar Elm Qurumunun məsləhətləşmələri üzrə digər məhdudiyyətlərlə bağlı müvafiq qərarlar veriləcək. APA
Digər xəbərlər