Saytımızı qiymətləndirin


 
 

Zukerberqlə Maskı üz-üzə qoyan mobil tətbiq bu həftə təqdim olunacaq
Tarix: 04-07-2023 | Saat: 10:59
Bölmə:Karusel / Dünya | çapa göndər

zukerberqle-maski-uz-uze-qoyan-mobil-tetbiq-bu-hefte-teqdim-olunacaq

ABŞ-nin “Meta” korporasiyası iyulun 6-da tviter sosial şəbəkəsinin analoqu olan “Threads” tətbiqini istifadəyə verəcək.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, İlon Maska məxsus tviterin potensial rəqibi olan “Threads” instaqram sosial şəbəkəsinin bazasında işləyəcək.

“Threads” haqqında məlumatda deyilir ki, bu tətbiq insanları narahat edən bütün məsələləri müzakirə etmək üçün onların toplaşdığı yer olacaq.

ABŞ istifadəçiləri iyulun 6-da “Threads” tətbiqini “App Store”dan pulsuz yükləyə biləcəklər.

Xatırladaq ki, bir müddət əvvəl “Meta” şirkətinin rəhbəri Mark Zukerberq tviter sosial şəbəkəsinin sahibi İlon Maskla “qəfəs döyüşü” keçirməyə hazır olduğunu demişdi. Biznesmenlər arasında mübahisəyə səbəb “Meta”nın menecerlərindən biri şirkət rəhbərliyinə tviterə rəqib ola biləcək “Threads” (yaxud Project 92) tətbiqinin necə olacağını təqdim etməsi olmuşdu. Lakin sonradan “qəfəs döyüşü” baş tutmamışdı.(Qafqazinfo)



Xəbəri paylaş

1179 dəfə oxunub.

Digər xəbərlər